Prezidentin adından Şəfiqə Axundovaya ehsan verilir - FOTO

alt

Bu gün iftardan əvvəl prezident İlham Əliyevin adından iki gün öncə vəfat etmiş Azərbaycanın görkəmli bəstəkarı, Şərqin ilk opera yazan xanım bəstəkarı Şəfiqə Axundovaya ehsan verilir. 

Bu barədə məlumatı əməkdar artist Aybəniz Haşımova "Facebook" sosial şəbəkəsində verib. 

"Salam,əziz dostlar. Xatırlatmaq istəyirəm. Bu gün iftardan öncə, saat 19:00-da cənab preizdent İlham Əliyev tərəfindən mərhum Şəfiqə Axundovaya ehsan veriləcək. İftar süfrəsinə hamı dəvətlidir.
Allah rəhmət eləsin!"

alt