Alim Qasımov Mərakeşə gedir

alt


Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov səfərə hazırlaşır.

Bu barədə sənətkar özü məlumat verib. 

Xanəndə bu dəfə Mərakeşə üz tutacaq. A.Qasımovun sözlərinə görə, o, Mərakeşə qızı, əməkdar artist Fərqanə Qasımova və onları müşaiyət edən ansambl ilə gedəcək: “Səfər avqustun 2-də reallaşacaq. Biz orada bir neçə konsert proqramı ilə çıxış edəcəyik. Konsertin repertuarı Azərbaycan muğamları və xalq mahnılarından ibarətdir”.