Gürcüstan səhnəsində “Şeyx Sənan”

alt

Akademik Milli Dram Teatrı beynəlxalq layihələrə imza atıb. Teatr bu dəfə Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlıq edəcək.

Sözügedən teatrdan bildirilən məlumata görə, iki ölkənin birgə əməkdaşlığı nəticəsində Hüseyn Cavidin “Şeyx Sənan” əsəri səhnələşdiriləcək. Gürcü dilinə tərcümə olunan əsər yeni teatr mövsümündə təqdim olunacaq. Həm də iki ölkədə-Bakıda və Tbilisidə…