Gürcüstan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olmuşdur

altMartın 12-də Gürcüstan Milli Parlament Kitabxanasının kitabxana resursları üzrə direktor müavini Levan Taktakişvili, informasiya texnologiyaları şöbəsinin müdiri Arçil Takniaşvili, ekspert David Mçedlişvili M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olmuşlar.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, Gürcüstan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında tətbiq olunan avtomatlaşdırılmış VTLS Virtua sistemi ilə tanış olmuş, ayrı-ayrı modulların tətbiqini əyani surətdə izləmişdir.