Gürcüstan Milli Kitabxanasında Azərbaycan kitabı guşəsi açılır

altSabah Gürcüstan Milli Kitabxanasında Azərbaycan kitabı guşəsinin açılış mərasimi keçiriləcək. Guşəsinin açılması təşəbbüsü ilə "Dialoq və İnkişaf Fondu" çıxış edib.

Fond artıq Azərbaycan klassiklərinin və müasir yazıçıların kitablarını Milli Kitabxanaya verib. Eyni zamanda kitabxana və fondun rəhbərlərinin birgə mətbuat konfransı keçirməsi da nəzərdə tutulub.