Nobel mükafatı laureatı ATU-da olub

altBu gün III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə universitetin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək III Bakı Beynəlxalq Humanitar Forumu haqqında fikirlərini bildirib.

Forumda tibb elmi sahəsinə aid önəmli sessiyanın keçirildiyini bildirən rektor toplantıda molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri barədə faydalı müzakirələrin aparıldığını söyləyib.

Ada Yonat isə Azərbaycanda bu cür təhsil ocaqlarının mövcudluğuna sevindiyini bildirib. Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Sonda Ada Yonata ATU-nun fəxri diplomu təqdim olunub.