Məşhurlar kosmosa hazırlaşır

Leonardo Di Kaprio ona 1,5 milyon dollarlıaq hədiyyə verən şəxsin də uzaq səfərə çıxa biləcəyini deyib

İngilis milyarderi Riçard Bransonun kosmos səfərinin ardınca daha 3 məhşür – gənc popçu Castin Biber, Hollivud ulduzları Leonardo Di Kaprio və Eşton Katçer kosmosa səfərə hazırlaşırlar. Onlara Riçard Bransonun “Virqin A-list” kosmos komandası yardım edəcək. Bu məqsədlə də onlar artıq “Virqin A-list” kosmos komandasına 250 min dollar pul ödəyiblər. 

Qeyd edək ki, Leonardo Di Kaprio bildirib ki, 1.5 milyon dollar məbləğındə hədiyyə verən bir şəxs onunla birgə kosmosa səfər edə bilər.