Gəncliyə Yardım Fondu 1000 ailəyə bayram sevinci bəxş etmişdi

altGəncliyə Yardım Fondu (GYF) qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır.
Fonddan AzərTAc-a bildirmişlər ki, bu ilki Qurban bayramında Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə xeyirxah işini davam etdirmişdir.
Bu il də kəsilən 20 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Bərdə rayonunun Təklə və Lənbəran kəndlərində, eyni zamanda, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə paylanılmışdır. Başqa sözlə, qeyd edilən bölgələrdə yaşayan 1000 ailə bayram sevincini Gəncliyə Yardım Fondunun xeyirxah aksiyası sayəsində yaşamışdır.