Ərdoğan Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflər Suriya krizisinin həlli yollarını, eləcə də ikitərəfli siyasi, iqtisadi-ticari əlaqələri, aktual beynəlxalq problemləri müzakirə ediblər.