Müdafiə naziri Gürcüstanın səfirini qəbul edib
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.
GSR.fm Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkədəki hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.