Georgi Marqvelaşvili Azərbaycana gəlir
Bu onun ölkəmizə ilk rəsmi gəlişi olacaq
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə Dalgatv-yə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Qənirə Paşayeva məlumat verib.
Q. Paşayevanın sözlərinə görə, səfər fevralın 12-də reallaşacaq və bu, Gürcüstanın yeni prezidentinin Azərbaycana ilk rəsmi gəlişi olacaq.
G. Marqvelaşvili səfər zamanı Azərbaycanın dövlət və hökumət rəhbərləri ilə görüşəcək. Gürcüstan prezidentinin parlamentdə də görüşü nəzərdə tutulub.