Avropa Birliyi Ukraynaya sanksiyalar tətbiq edə bilər

altUkraynadakı son hadisələr Avropa Birliyi tərəfindən sanksiyaların qəbuluna səbəb ola bilər.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış edib.

J. Barrozu qeyd edib ki, Kiyevdə müxalifətlə polis arasında baş verən toqquşmalar Brüssel-Kiyev münasibətlərinə təsir göstərə bilər.

“Biz Ukraynada baş verənlərdən narahatlıq keçiririk. Ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik. Həmçinin Avropa Birliyi tərəfindən mümkün tədbirləri nəzərdən keçirəcəyik”, - deyə o vurğulayıb.