Sabiq baş nazirin 7 milyon dollarlıq villası müsadirə edildi
Amerika məhkəməsi Ukraynanın keçmiş baş naziri Pavel Lazarenkonun Kaliforniyadakı villasını müsadirə edib.
Dalgatv'nin “Украинская правда”ya istinadən xəbərinə əsasən , qərar Kaliforniya ştatının şimal dairəsinin federal məhkəməsi tərəfindən çıxarılıb.
Məhkəmə qərarına əsasən keçmiş baş nazir bu villanı cinayət yolu ilə əldə edib. 9 min kv m ərazisi olan villanı sabiq baş nazir 1998-ci ildə alıb. 9 yataq otağı olan villaya 7 milyon dollar ödənilib. Bu villa Lazarenkoya qarşı çirkli pulların yuyulması ittiham ilə cinayət işinin başlamasına səbəb olub. Məhz həmin cinayət işi ilə əlaqədar Lazarenko 2006-cı ildə 8 il həbs cəzası alıb.
2012-ci ildə Lazarenko azadlığa çıxıb. Hazırda Lazarenko ölkəsində də həbs təhlükəsinin olduğunu bildirərək, Amerikada qalmasına imkan yaradılmasını tələb edir. Lazeronko ABŞ-a 1999-cu ildə saxta pasportla gedib.
O, siyasi sığınacaq istəsə də, əvəzində onu həbs ediblər. Lazarenko 280 milyon dollar çirkli pulun yuyulmasında ittiham edilir.